Məşhəd Elmi Hövzəsinin azərbaycanlı tələbələri islamçı məhbuslarla həmrəylik nümayiş etdirib

Məşhəd Elmi Hövzəsində dini təhsil alan azərbaycanlı tələbələr “Azərbaycan Respublikasının İslamçı məhbusları ilə Həmrəylik Günü” münasibətilə mərasim keçiriblər.
Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın verdiyi xəbərə əsasən, Məşhəd Elmi Hövzəsində dini təhsil alan azərbaycanlı tələbələr İmam Musa ibn Cəfərin (ə) şəhadət günü ilə eyni zamanda “Azərbaycan Respublikasının İslamçı Məhbusları ilə Həmrəylik Günü” mərasimi təşkil ediblər. Mərasimdə azərbaycanlı tələbə Arif Mahmudzadə çıxış edərək, bu çətin dövrdə bəsirətli olmağın önəmliliyini vurğulayıb.
Natiq çıxışının davamında Harun ər-Rəşidin xilafəti dövrü olan zülm və zülmlətlə dolu bir zamanda İmam Musa Kazimin (ə) mübarizə üslublarından danışaraq deyib: “Harun şiələrə qarşı zülm və qətlləri davam etməkdə öz ata-babalarının yolunu qat-qat artıq zülmlə davam etdirdi. O, şiələrin İmam Kazimlə (ə) əlaqəsini kəsməsi üçün İmamı (ə) uzun illər boyu Bağdad yaxınlığındakı zindanların birində saxladı və həzrətin yanına heç kəsi buraxmadı”.
Xətib əlavə edib: “İmam Musa Kazimin (ə) həyatı şiələr üçün münasib örnəkdir. Azərbaycan Respublikasının zindanlarında olan islamçı məhbusların hər biri öz növbəsində həzrət Məhdinin (ə) zühuru üçün şərait yaradanlardır”.
Azərbaycanın islamçı məhbuslarını “Əhzab” surəsinin 23-cü ayəsinin bariz nümunəsi adlandıran xətib deyib: “Azərbaycanın möminləri öz Allahları ilə bağladığı əhdə diqqət etməklə bu yolda çox möhkəm dayanıblar. Onlardan bəziləri şəhid olmuş, bəziləri də həbsxanalardadır. Azərbaycanın islamçı məhbuslarının və şiələrinin hökumətlər qarşısında müqaviməti onların zühura hazırlığını göstərir”.
Arif Mahmudzadə daha sonra Azərbaycan hakimiyyətinə səslənərək deyib: “Azərbaycanın hökumət aparatı bilsin ki, Harun ər-Rəşidin İmam Musa Kazimə (ə) qarşı təzyiqləri Əhli-Beyt (ə) məktəbinin genişlənməsinə mane ola bilmədiyi kimi sionist rejimin diktə etdiyi anti-din hərəkətlər də Azərbaycanda təsirsiz olacaq. Tarixdən ibrət almaq lazımdır”.