ArxivXəbər lentiXəbərlər
İranın İRNA agentliyi ilə Rusiyanın “МИА Россия сегодня” agentliyi arasında müqavilə imzalanıb

İranın İRNA xəbər agentliyi ilə Rusiyanın “МИА Россия сегодня” agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
İRNA-nın baş direktoru Məhəmməd Xoddadi və “МИА Россия сегодня”nın baş direktoru Dmitri Kiselyovun imzaladığı sənədə əsasən tərəflər informasiya mübadiləsi ilə yanaşı, birgə layihələr də hazırlayıb dünya ictimaiyyətinə təqdim edəcəklər.
M.Xoddadi və D.Kiselyov qeyd ediblər ki, İran və Rusiyanın münasibətlərinin inkişafı informasiya sahəsində əlaqələrin genişləndirilməsi zərurətini yaradıb.
Hər iki agentliyin ingilis dilindən başqa bir çox dillərdə də xəbər yaymaları materialların Avropa və Amerikada yayımlanmasına şərait yaradır.