5 ölkənin dəmir yol rəsmisi Bakıda bir araya gələcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədri və Polşa Dövlət Dəmir Yolu İdarə Heyətinin sədri Bakıda İran, Gürcüstan, Ukrayna, Polşa və Azərbaycan dəmir yolları rəhbərlərinin növbəti iclasını qeyd ediblər. Bu iclasın 18-19 iyunda Bakıda keçirilməsi qərara alınıb.
İRNA-nın məlumatına görə, Azərbaycan Dəmir Yolları QSC bir bəyanatda bildirib: Azərbaycan Dəmir Yolları QSC-nın sədri Cavid Qurbanov və Polşa Dövlət Dəmir Yolu İdarə Heyətinin sədri Kşiştof Maminski şənbə günü Bakıda görüşdə həmçinin iki ölkənin ikitərəfli əməkdaşlıqlarının perspektivini araşdırıb və iki ölkənin coğrafi mövqeyini nəzərə alaraq dəmiryol nəqliyyatı sahəsində strateji əməkdaşlıqların genişləndirilməsi üzrə tərəflərin maraqlarını qeyd ediblər.
Həmçinin bu görüşdə ölkələrin tranzit potensialının artmasına kömək edəcək Hindistan, Fars körfəzi, İran, Azərbaycan, Gürcüstan, Ukrayna, Avropa və əks istiqamətdə nəqliyyatın yaxşılaşdırılması üçün Cənub-Qərb dəhlizində dəmiryol nəqliyyatının genişləndirilməsi məsələləri araşdırılıb.
Bu görüşdə Çindən Qazaxıstan vasitəsi ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa və əks istiqamətdə yüklərin daşınması üçün Beynəlxalq Trans-Xəzər Dəhlizində nəqliyyat sahəsində Bakı ilə Varşavanın əməkdaşlığı da araşdırılıb.