ArxivXəbər lentiXəbərlər

Novak: Rusiya, Azərbaycan və İran vahid elektroenerji kəmərinin yaradılması üçün əməkdaşlıq edir

Rusiya Azərbaycan və İranla vahid elektroenerji kəməri yaradılması üçün birgə hərəkət edir.

Qafqaz.ir-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu bu gün sabiq energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gələn Rusiyanın enerji naziri Aleksandr Novak bildirib.

A. Novak deyib ki, Rusiya Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir: “Biz energetika, qonşu ölkələrin əlaqələrinin inkişafı, o cümlədən energetika Azərbaycan və İranla birgə vahid elektroenerji kəmərinin yaradılması üçün birgə işləyirik. Rusiya və Azərbaycan neft bazarının tənzimlənməsi üçün əldə olunan razılaşmanı reallaşdırır. Azərbaycan BU məsələdə açar ölkələrdən biridir. Rusiya və Azərbaycan qaz sahəsində də əməkdaşlığı davam etdirir. Bu, iqtisadi-ticari əməkdaşlıq sahəsində perspektivli sahələrdən biridir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button