ArxivIslamXəbər lentiXəbərlər

AİP Qüds günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib – FOTO

Hər il Ramazan ayının son cümə günü bütün dünyada Beynəlxalq Qüds günü qeyd edilir. Yürüşlər, mitinqlər təşkil olunur, İsrailin Fələstini işğal etməsi qınanır. Qüds günü artıq uzun illərdir dünyada Fələstinin işğalı, müsəlmanların ilk qibləsinin yad edilməsi tarixinə çevrilib.

FaktXəbər-in məlumatına görə, Azərbaycan İslam Partiyasının rəhbərliyi də Beynəlxalq Qüds günü ilə əlaqədar “Qarabağa və Qüdsə azadlıq” devizi ilə Şəhidlər Xiyabanını ziyarət edib və şəhidlərin qəbri üzərinə qərənfillər düzüblər.

AİP-lə bərabər Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli də tədbirdə iştirak edib.

“Əbədi məşəl” qarşısında Qüds günü ilə bağlı çıxışlar olub. Tədbirin sonunda qətnamə oxunub, şəhidlərimizin və zülümkar rejim tərəfindən məzlumcasına şəhid edilmiş müsəlman qardaşlarımızın ruhlarına dualar edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button