ArxivXəbər lentiXəbərlər
İranın ticarət və marketinq üzrə nümayəndə heyəti Bakıya işgüzar səfər edəcək

İyulun 5-6-da İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının sədri Mahmudrza Şərifixahın rəhbərliyi ilə ticarət və marketinq üzrə nümayəndə heyəti Bakıya işgüzar səfər edəcək.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində iyulun 6-da Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) hər iki ölkə sahibkarları ilə işgüzar görüş keçiriləcək.