ArxivXəbər lentiXəbərlər
İran vətəndaşları erməni gənci ölümcül döydülər – İrəvanda gərginlik

İran vətəndaşları Ermənistanda gərginlik yaradıb.
Qafqaz.ir femida.az-a istinadən xəbər verir ki, dünən paytaxt İrəvanda bir qrup İran vətəndaşı onlara söz atan erməni gənci döyüblər. Məlumata görə, döyülən erməni gəncin 17 yaşı var.
Artıq hadisə ilə bağlı araşdırma aparılır. Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün gənci məhkəmə-tibb ekspertizasına göndəriblər.
Bu hadisə Ermənistanda birmənalı qarşılanmayıb. Artıq Ermənistanda iranlı turistlərə qarşı mənfi rəy formalaşıb.