İran və Azərbaycan arasında teatr üzrə əməkdaşlıqlar araşdırılıb

İranın qərbində yerləşən Kirmanşah ostanının teatr birliyinin sədri və Azərbaycan Respublikasının Dövlət Musiqili Teatrının direktoru iki ölkə teatrları arasında əməkdaşlıqların genişləndirilməsini vurğulayaraq mədəni əlaqələrin genişləndirilməsi, müştərək sənət fəaliyyətlərinin həyata keçirilməsi, iki ölkə sənətkarlar və rejissorlarının qarşılıqlı səfərlərinin təşkili barədə danışıqlar aparıblar.
İRNA-nın verdiyi məlumata görə, Kirmanşah teatr cəmiyyətinin rəhbəri Məhəmmədrza Derənd Azərbaycan Dövlət Musiqili Teatrına baxış keçirib və bu teatrın direktoru Əliqismət Lalayev ilə danışıqlar aparıb.
Bu görüşdə Kirmanşah teatr cəmiyyətinin Azərbaycan Respublikası ilə sənət əlaqələrinin genişləndirilməsində maraqlı olduğu bildirilib.
Əliqismət Lalayev də İran ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Lalayev həmçinin cari miladi ili İyun ayında İranda Azərbaycan mədəniyyət həftəsinin qeyd olunmasını qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsində önəmli hadisə hesab edib.