ArxivIslamXəbər lentiXəbərlər
Yüzlərlə azərbaycanlı zəvvar Qurban bayramını Kərbəla şəhərində qeyd edəcək (FOTO/VİDEO)

Azərbaycandan min nəfərdən çox zəvvar Kərbəla ziyarətinə yola düşüb.
SalamNews-un məlumatına görə, zəvvarlar müqəddəs həcc ziyarətinə yola düşmüş digər azərbaycanlı zəvvarlarla eyni vaxtda Ərəfə gününü və Qurban bayramını İraqdakı müqəddəs ziyarətgahlarda qeyd edəcəklər.
Zəvvarların müqəddəs Məşhəd, Qum, Kazimeyn, Samirrə və Nəcəf şəhərlərini də ziyarət edəcəkləri bildirilir.