ArxivXəbər lentiXəbərlər

NATO və Rusiya generalları Bakıda görüşəcəklər

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.

qafqaz.ir-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun kommünikesində bildirilir.

Kommünikedə deyilir ki, bu, NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.

“General Petr Pavel və general Valeri Gerasimov sentyabrın 7-də Azərbaycanın paytaxtı Bakı şəhərində görüşəcəklər. Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq”, – deyə məlumatda qeyd olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button