ArxivXəbər lentiXəbərlər
LƏNKƏRANDA HƏBSLƏR VƏ ƏZA MƏCLISLƏRINƏ QADAĞALAR DAVAM EDIR.

Press-az.com xəbər verir ki, Lənkəran şəhər Girdəni kənd sakinləri Vasif və Turan adlı inanclı yaşadıqları ünvanda əza məclisi keçirdikləri üçün polis tərəfindən saxlanılaraq 30 sutka həbs cəzası alıblar.Həmçinin hüquq mühafizə orqanları Lənkəran məscidlərinin girəcəyində İmam Hüseyn (ə), Əbəlfəzl Abbas (ə) yazılı qara bayraqları yığışdırıb, əza məclislərinin səsini azaldılmasını, qara bayraqların məscid daxilindən çıxarılmamasını tələb ediblər.Digər məlumata görə, yerli polislər məktəbli şagirdləri məktəb direktoru və müəllimləri vasitəsi ilə məscidlərə gəlməsinə maneə edirlər.Məscidlərin qarşısında polislər növbə çəkir.Qeyd edək ki, iki gün öncə də Bəhruz adlı daha bir Lənkəran sakini olan inanclı Bakı şəhərində qara rəngli ciplə naməlum istiqamətə aparılıb.Daha bir neçə dindar sadəcə köynəklərində Ya Hüseyn yazısı olduğu üçün həbs edilib. Cenubnews