ArxivXəbər lentiXəbərlər

Bakı-Naxçıvan dəmir yolu layihəsinin icrası Tehranın əməkdaşlığına ehtiyaclıdır

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Bakı-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsinin Tehranın əməkdaşlığına ehtiyaclı olduğunu dedi.

İRİB-nin verdiyi məlumata görə, Cavid Qurbanov jurnalistlərə verdiyi açıqlamada bu dəmir yolunun İran İslam Respublikası ərazisinidən keçməli olduğuna işarə edərək, deyib: Bu layihəni icra etmək üçün İranın əməkdaşlığına ehtiyaclıyıq.

C.Qurbanov bu layihənin icra edilməsinin Azərbaycanın iş proqramında yer aldığına işarə edərək, deyib: bu layihəni icra etmək üçün 2 əsas marşrut mövcuddur. Amma, İran İslam Respublikası ərazisindən keçən marşrut iqtisadi baxımdan daha sərfəli və münasibdir.

Azərbayan Dəmir Yolları QSC-nin sədri Şimal-Cənub beynəlxalq ticarət marşrutunun təkmilləşdirilməsi ilə Bakı-Naxçıvan dəmir yolu layihəsinin icrasına da münasib şəraitin  yaranacağını bildirib və deyib: İran ərazisindən keçəcək bu dəmir yolunun ümumi uzunluğu 1450 km olacaq və bu layihənin icra edilməsi İranın dəmir yolu üçün ərazi ayırmasına və onun çəkilişində iştirak etməsinə ehtiyaclıdır. Layihənin, smeta dəyəri isə 1 milyard dollar təxmin edilir.

C.Qurbanov ikinci marşrutun Türkiyə ərazisindən keçməklə və Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin təkmilləşdirilməsi ilə mümkün olacağını deyərək, bu layihənin icra edilməsi üçün 2.5 milyard dollar vəsaitə ehtiyacın olduğunu, Türkiyə dövlətinin bu layihə üçün  vəsait ayıracağı zamanın da məlum olmadığını qeyd edib.

Hazırda Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsinə görə, Bakı və Naxçıvan arasında quru əlaqə yolu mövcud deyil. Və bütün gediş gəlişlər İran ərazisi vasitəsi ilə həyata keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button