Şimal-Cənub Dəhlizi İran və Azərbaycan arasında ən önəmli layihədir

İranın yol və şəhərsalma nazirinin beynəlxalq məsələlər üzrə müavini deyib: İranın Azərbaycan Respublikası ilə ən önəmli layihəsi Asiyanın cənubunu Avropanın şimalına birləşdirən Şimal-Cənub Dəhlizidir.
Əsğər Fəxriyyə Kaşani bazar ertəsi günü İRNA ilə müsahibədə əlavə edib: Şimal-Cənub Dəhlizinin önəmli hissəsi Rəşt-Astara və Tehran-Qəzvin-Rəşt dəmiryoludur və 2018-ci ilin mart ayına qədər istismara veriləcək.
İranın yol və şəhərsalma nazirinin beynəlxalq məsələlər üzrə müavini həmçinin Rəşt-Astara dəmiryolunun çəkilməsində Azərbaycan Respublikasının iştiraka hazır olduğunu elan etməsinə toxunaraq ümidvarlıq edib ki, bu layihə gələn ayın 15-18-ə qədər sona çatacaq.
O xatırladıb: Şimal-Cənub Dəhlizi İran, Azərbaycan Respublikası və region ölkələri üçün çox önəmlidir. Çünki hesablamalara əsasən, bu dəhliz təkmilləşdiyi halda, İran tranzit gəlirləri vasitəsi ilə ildə 1 milyard dollar gəlir əldə edəcək.
İranın yol və şəhərsalma nazirinin beynəlxalq məsələlər üzrə müavini həmçinin İran İslam Respublikasının Hava Yolları Şirkəti İranAirin Bakıya uçuşlarının bərpa olunmasının vaxtı haqda da deyib: İranAir şirkətinin proqramlarından biri Təbriz ətrafı şəhərlər, o cümlədən Azərbaycan Respublikası paytaxtı Bakını əhatə etməsi üçün Təbrizdə İTR təyyarələrindən istifadə etməkdir.