“Azərbaycan, Misir, Türkiyə və Ukraynada hələ də inflyasiya ikirəqəmli həddədir”.
.Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) noyabr ayı üçün yenilədiyi proqnoz hesabatında bildirilir.
qafqaz.ir rakurs.az-a xeberina istinada gore.“Bu ilin ilk 10 ayını ötən ilin eyni dövrü ilə müqayisə etsək, Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb, ümumi daxili məhsul (ÜDM) istehsalında 0,6% geriləmə baş verib. 2017-ci ilin ilk 8 ayında isə ölkəyə investisiya qoyuluşu azalıb. Bu ilin I yarısında Azərbaycanla yanaşı, Belarus, Misir və Ukraynada kreditləşmənin həcmi 0,4% artıb, amma bu ölkələr real kreditlərin həcmini əhəmiyyətli dərəcədə azaldıblar”, – deyə hesabatda qeyd edilib.