ArxivXəbər lentiXəbərlər

Bakıda EKO-nun rabitə nazirləri konfransının ekspert iclası başlanıb

EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin ikinci konfransının ekspertlər iclası bu gün Bakıda işə başlayıb.

Bu iclas nazirlər və ekspertlər səviyyələrində iki gün müddətinə EKO-ya üzv on ölkənin ekspert heyətlərinin iştirakı ilə Bakıda keçirilir.

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu konfransın keçirilməsində məqsədi, EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələr arasında həmkarlığın gücləndirilməsi adlandırıb.

EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin ikinci konfransı sabah Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çıxışı və üzv ölkələrin iştirakı ilə rəsmən açılacaq.

EKO İran, Azərbaycan Respublikası, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistana şamil olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button