Bu gün Vyanada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, E.Məmmədyarovun səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də danışıqlar aparacağı gözlənilir.
Azərbaycan XİN rəhbəri dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.
ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.