İran İslam Respublikasında üzərində “Qarabağı unutma” şüarı yazılan plakatları yayılıb.
Qafqaz mədəniyyət mərkəzi – Plakatların üzərində Ali Dini Lider Ayətullah Xameneinin Qarabağ barəsində söylədiyi kəlamlar dərc olunub:
“Ermənistan dövləti və Qarabağ erməniləri bu məntəqənin müsəlmanlarına zülm etmişdir. Biz, Qarabağ ermənilərinin Ermənistan dövlətinin dəstəyi ilə etdikləri bu hərəkətləri pisləyirik və ölkəmizdə yaşayan ermənilərin də o məntəqə ermənilərinin əməllərini pisləməsini gözləyirik və bunu elan edirik ki, Qarabağ İslam torpağıdır və onun uğrunda ölənlər Şəhiddirlər”.