Təbriz konfransı üçün kimə müraciət olunmalıdır?

İlham Əliyev hakimiyyəti bu illərdə o qədər cəmiyyəti yurucu və nəticəsiz danışıqlara kökləyib ki, xalq arasında Qarabağın azadlığı ilə bağlı ümidlər çoxdan ölüb və uzun müddət ölənlər kimi unudulub.
İlham Əliyev hakimiyyəti bu illərdə o qədər cəmiyyəti yurucu və nəticəsiz danışıqlara kökləyib ki, xalq arasında Qarabağın azadlığı ilə bağlı ümidlər çoxdan ölüb və uzun müddət ölənlər kimi unudulub da.
Bir də, yaxın keçmişə qədər öz çıxışlarında, İlham Əliyev “lazım gələrsə torpaqlarımızı hərb yolu ilə azad edərik” fikirlərini o qədər tez tez səsləndirirdi ki, bu mövzu cəmiyyətdə lətifəyə çevrildi.
Digər yandan da İlham Əliyev hakimiyyətinə xidmət edən və özünü müxalifət adlandıran siyasətçilər və ekspertlər cəmiyyəti anlatmağa çalışırlar ki, Azərbaycan Ermənistana qarşı müharibə edə bilməz çünki onların arxasında Rusiya dayanır.
Ədalət naminə deyim ki, bu çılpaq bir həqiqətdir və Azərbaycanın Qarabağı hərb yolu ilə azad etməməsinin ən əsas səbəbidir, ancaq yeganə səbəbi deyil.
Buna baxmayraq Azərbaycanda hələ də Dağlıq Qarabağın müharibə yolu ilə işğaldan azad olunmasının vacibliyini qəbul edən ictimai birliklər də var.
Azad Qarabağ Uğrunda Alyans ictimai təşkilatlardan ibarət belə bir qurumdur.
Qısaca AQUA adlanan bu quruma hacı Rövşən Əhmədlinin rəhbərlik etdiyi Qarabağın Azadlığı Uğrunda Islami Müqavimət Hərəkatı, Etimad Əsədovun sədri olduğu Qarabağ Qazilər Birliyi, Akif Nağının sədri olduğu Qarabağ Azadlıq Təşkilatı və bir neçə təşkilat daxildir.
Ötən günlərdə keçirdiyi mətbuat konfransı zamanı (http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/37586-qarbag-konfransi.html) AQUA təmsilçilərinin jurnalistlərə verdiyi məlumata görə qurum Qarabağın azadlığı ilə bağlı bir neçə tədbir keçirib, onlardan biri də Türkiyədə olub və bu tədbirlərin davamı olaraq Təbriz şəhərində Qarabağın azad olunması ilə bağlı beynəlxalq konfrans keçirilməli idi və bununla bağlı AQUA mediada anons verdikdən sonra Azərbaycan mətbuatında təşkilata, təşkilatın təmsilçilərinə qarşı və keçirəcəklərə tədbirə qarşı böyük bir kampaniya başlandı.
AQUA təmsilçiləri iddia edirlər ki, bu kampaniyada əsas hədəf Qarabağın hərb yolu ilə azad olunması fikri olub və kampaniya bütün mətbuat orqanlarını bürüdü. Nəticədə Təbrizdə keçirilməsi nəzərdə beynəlxalq konfransın baş tutmasına 10 gün qalmış, tədbir təşkilatçılarından biri- Təbriz Universitetinin rəhbəliyi və İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Qarabağ konfransı müəyyən müddətə təxirə salınıb.
Bunu AQUA təmsilçiləri iddia edir. Onlar bu həftə mövcud vəziyyətdən çıxış yolu üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Xarici Işlər Nazirliyinə məktubla müraciət edəcəklər.
Burda izah olunmalı məqamlar var. Belə çıxır ki, AQUA-nın Təbrizdə nəzərdə tutduğu beynəlxalq konfransın İran tərəfinin təxirə salmasının səbəbi, Azərbaycan mətbuatında bu ideyaya qarşı aparılan kampaniya olub və bunu ardan qaldırmaq, konfransın baş tutmasına dəstək verilməsi üçün AQUA Azərbaycan hakimiyyətinə müraciət edir.
Düzü, bu cür yanaşmanı mətbuat konfransı keçirən təşkilat təmsilçiləri təqdim edir, ancaq burda məntiq mükəmməl deyil. Çünki, konfransın keçirilməsində dəstək üçün İran hakimiyyətinə müraciət olunmalıdır, İran Azərbaycan hakimiyyətindən aslı olan ölkə deyil, müstəqil ölkədir. Hətta əgər belə hesab olunursa ki, Azərbaycan mətbuatındakı kampaniya tədbirin təxirə salınmasına səbəb olub, yenə də İran hakimiyyətinə müraciət olunmalıdır.