İslam ürfanı və ədəbi məqalələr məcmuəsi Azərbaycan Respublikasında “Kəşkül” adı altında kitab formasında çap olunub.
İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi bu xəbəri bildirərək deyib: Farscadan azərbaycancaya tərcümə olunan islam və ürfan məqalələri məcmuəsi 400 səhifədə “Kəşkül” adı altında 500 nüsxədə çap olunub.
O əlavə edib: Bu kitabda Nəsib Göyüşovun topladığı onlarla ədəbi və ürfan məzmunlu məqalələr vardır. Müxtəlif sahələrdə, o cümlədən fars dili və ədəbiyyatında çeşidli nəzəriyyələr və araşdırmalar oxucular və araşdırmaçılara təqdim olunur.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi deyib: “Bakı farsca əlyazma əsərlərinə baxış”, “İran sivilizasiyasında ürfan mentalitetinin tanınması”, “Mövlananın düşüncə və ideoloji cəhətlərinə baxış”, “Azərbaycan Respublikası ədəbiyyatında fars dili və ədəbiyyatının təsiri”, “İran ədəbiyyatı və mədəniyyətində işıq simvolunun cəhətlərinə baxış” bu kitabda dərc olunan məqalələrdir və tezliklə oxuculara təqdim olunacaq.