Qadin və hicab

Boşanmalar və təsirləri (Məqalə)

Açıq- saçıq geyimli qadınlar cəmiyyətimizdə boşanmalara dəstək olur

Cəmiyyətimizdə boşanma sürətlə artmaqdadır. Bu dünyada da belədir. Şübhəsiz bu qətiyyən xoşagələn hal deyildir. Boşanma, yəni ailələrin dağılması, övlad tərbiyəsinin tənəzzülü. Ailə cəmiyyətin özülüdür, əsasıdır. Ailələr dağılarsa, özül zəifləyər. Cəmiyyəti mənəvi böhran bürüyər. Şəxsiyyətlərin sayı azalar. İnsanın dəyəri zəifləyər, insanı insan edən amillərin əhəmiyyəti azalar, fəsad və böhran artar.
Qərb cəmiyyəti qadına cinsi zövq vasitəsi kimi baxır və bunu təbliğ edir.
Əfsus ki, qərb cəmiyyətində qadın bir ana, şəvqət və mehribançılıq mənbəyi kimi yox, bir cinsi zövq vasitəsi kimi təbliğ olunur. Reklamlar, teleseriallar, modalar və s. hamısı buna xidmət edir. Əlbəttə ki, bu artıq mənəvi böhrandan xəbər verir. Üstəlik bu çılpaqlığı, açıq- saçıqlığı demokratiya və azadlıq kimi təqdim edirlər. Filosoflardan biri “ Əgər soyunmaq demokratiya və azadlıqdırsa, ondan heyvanlar bizdən daha demokrat və azaddırlar. Çünki onlar ümumiyyətlə geyimdən istifadə etmirlər” deyir. Gözəl yanaşmadır əlbəttə. Yəni bu açıq – saçıqlıq dördayaqlı azadlığıdır əslində. İnsanın isə dördayaqlıdan fərqi var. Məsələn, dördayaqlı yolun ortasında öz zəruri ehtiyacını qarşılayarkən ona heç kim əhəmiyyət vermir. Deyirlər ki, heyvandır da, fikir verməyin.
Yaxşı bəs biz bu insana nə deyək? O qadın ki, öz geyimi ilə əxlaqsızlığı və çılpaqlığı təbliğ edir. Özünü yad kişilərə, küçədən keçən hamıya göstərir. İnsanların hissləri ilə oynayır. Hamını özünə cəlb etməyə çalışır. Sonra da çıxıb deyir ki, mənə təcavüz etdilər, mənə söz atdılar, mənə sataşdılar və s. Əlbəttə bunun sonu belə olmaldır. Sən kimsən ki, ictimai asayişi pozursan? İctimai asayiş təkcə işıqforda qırmızıda gözləmək deyil, eyni zamanda ictimai münasibətlər də bura daxildir. Məsələn, İran İslam Respublikasında qadının açıq- saçıq gəzməyi bir ictimai qanun pozuntusudur və cinayət məsuliyyətinə cəlb olunur belə qadınlar.
Kişilər niyə bu çılpaq qadınlara baxır ki, baxmasın!
Çox gözəl fikirdir. Bəli, baxmasın bu qadınlara kişilər! Amma gəlin bunun səbəbinə baxaq.
Yaradılış 2 cinsdən ibarətdir. Qadın və kişi fitri olaraq bir – biri ilə maraqlanır. Cinsi tələbat da insanın zəruri, yəni yemək,içmək,yatmaq kimi ilkin ehtiyaclarındandır. Yəni həssas məsələdir. İnsanın bu zəruri ehtiyacları ödənsə belə, insanların çoxunun fikrini yayındıra bilir belə məqamlar. Məsələn, siz yemək yemisiniz, aclığınız da yoxdur. Amma yoldan keçərkən kabab vəya başqa yeməklərin iyi gəlir. Çox insan qeyri- ixtiyari iy gələn tərəfə bir baxacaq, yemək istəməsə də bir anlıq fikrini yayındıracaq bu iy. Bəlkə də biraz yemək istəyəcək. Bu çoxluğa aiddir. Cəmiyyətdə hamı eyni elmdə,ağılda deyildir. Eləcə də bu açıq – saçıqlıq məsələsində. Cinsi tələbatı ödənmiş insanın da bir anlıq gözü sataşır belə qadınlara. (İstisna insanlar xaricdir.) O qadın da konkret yalançıdır. Evində onu görsə, ona baxan kişi qorxar. Amma çölə – bayıra çıxdığına görə özünü elə bəzəyir ki, çox zaman da ayaqqabısı, geyimi onu sıxır,incidir, amma başqalarına özünü göstərməkdən ötrü bunları biruzə vermir. Məqsədi camaatın fikrini özünə cəlb etməkdir. Evə çatan kimi dərindən nəfəs alır, rahatlayır və o sadə,diqqəti cəlb etməyən geyimini geyir. Baxımsız vəziyyətə düşür.
Yəni onun özünə də xoş deyil belə bəzək- düzək. Sadəcə öz eqosunu razı salmaq üçün bu yolu seçir. O da özünü belə təsdiq etmək istəyir cəmiyyətdə. Deyir mən geyimimlə, ətriyyatımla yaddaşlarda qalmalıyam. Hamı mənə baxmalıdır. Belə etməsəm ölərəm. Onda yaşamağımın nə mənası olar?
Açıq – saçıqlıq boşanmalara necə dəstək olur?
Ailə elə bir ocaqdır ki, tərəf müqabili insanın həm həyat yoldaşı, həm həmfikiri, həm də cinsi ehtiyaclarını qarşılayan tərəfidir. Şübhəsiz ki, bu qədər öhdəliyi paralel saxlamaq asan deyil. Amma insan çalışmalıdır ki, həyat yoldaşını hər məsələdə özündən razı salsın. Ailə ev mühitidir. Reallıq məkandır. Burada riya və özünügöstərmək olmur. Tərəflər bir –birinin eyblərini, zəif tərəflərini bilirlər və bu minvalla həyatlarını davam etdirirlər. Ailədə konflikt, fikir ayrılığı və s. labüddür. Əsas olan bu maneələri dəf etməkdir. Qarşılıqlı güzəştlə bu problemlər həllini tapır.
İnsanın düşüncələri dəyişkəndir, fikirləri, halı, əhvalı dəyişir. Bəzən də bu əhval- ruhiyyənin aşağı düşdüyü vaxt evli kişi kənara meyl edə bilir. Rahatlıq və sakitlik axtarmaq üçün vasitələr axtaran zaman elə bilir ki, sakit və problemdən uzaq bir qadın tapsa, bu problem həll olacaq. Əlbəttə ki, yanılır. Çünki problemsiz həyat yoxdur.
Yeni münasibət qurduğu xanım da eybsiz görünməsinə baxmayaraq, onun da eyibləri var və bir gün onunla da mübahisə olacaq. Amma özü də bilmədən tələyə düşür evli kişi. Bu zaman da qadın axtarışına çıxır. Bəzən də tanıdığı, bər- bəzəkli, açıq- saçıq, gülərüz, şən, sərbəst, problemdən uzaq görünən tanışlarına meyl edir və belə bir qadınla ünsiyyət yaradır. Münasibətlər qurulur. Beləliklə getdikcə ailəsinə az zaman ayırır, fikri yeni sevgilisinin yanında olur. Çünki o sevgilisi ilə ancaq xoş məqamlar keçirir, müvəqqəti həzz və sakit görüş niyyəti ilə problemdən uzaq bir ortamda görüşürlər, istirahət edirlər. Necə deyərlər həyatın çətinliyindən uzaq, qayğısız bir cütlük olurlar.Tədricən kişi öz ailəsindən tamamilə soyuyur və fikirləşir ki, öz ailəm artıq mənə yükdür və boşanmaq qərarına gəlir.
Boşanmadan əziyyət çəkən ən çox uşaq sonra da evin qadınıdır. Əlbəttə ki, bu evli kişi səhv addım atır. Səhvini bir gün anlayacaqdır. Başa düşəcəkdir ki, bu dünyada mütləq rahatlıq yoxdur.

Vüsal Nadiroğlu
Sosial psixologiya üzrə tədqiqatçı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button