Iraqi Army soldiers. South of Mosul, Northern Iraq, Western Asia. 23 November, 2016.
İranda İŞİD terror şəbəkəsinin üzvləri ilə SEPAH əsgərləri arasında atışma baş verib.
qafqaz.ir məlumatına görə, İslam İnqilabının Keşikçilər Korpusunun quru qoşunlarının “Nəcəf” qərargahından bilirilib ki, ölkənin qərb sərhədlərində terrorçuların düşərgəsi aşkar edilib.
SEPAH əsgələri ilə İŞİD terrorçuları arasında baş verən atışmadan sonra 21 terrorçu həbs edilib.
İtkilər barədə məlumat verilmir.
Yaxalanan terrorçuların ifadələrindən məlum olub ki, radikal qruplaşma İranın bir neçə böyük şəhərində partlayışlar törətmək üçün ölkəyə soxulub.
Terrorçuların kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.