ArxivXəbər lentiXəbərlər
Rusiyada partlayışa hazırlaşan İŞİD-çi öldürüldü – VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Nijni Novqorodda keçirilən əməliyyat zamanı İŞİD terrorçusunu zərərsizləşdirib. qafqaz.ir-in “RİA Novosti”yə istinadən verdiyi məlumta görə, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
Bildirilir ki, Rusiyada keçiriləcək prezident seçkiləri zamanı terror şəbəkəsinin üzvü partlayış törətməyi planlaşdırırmış. Terrorçu yaxın xarici ölkələrdən birinin vətəndaşıdır. Yaraqlı saxlanılarkən silahlı müqavimət göstərib və təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
FTX əməkdaşları terrorçunun evində axtarış apararkən bir neçə bomba hazırlamaq üçün quruğular, odlu silah və döyüş sursatı aşkar edib.