ArxivXəbər lentiXəbərlər

“Başqa namizədə dəstək məqsədəuyğun deyil”

Akif Heydərli: AİP seçki ilə bağlı mövqeyini yaxın günlərdə verəcək

Fevral ayının 5-də Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzaladı. Bu siyasi dairələrdə birmənalı qarşılanmadı, qərarla bağlı bir sıra versiyalar irəli sürüldü. Partiyaların bəzisi namizədlərinin olacağını söylədi, bəziləri isə boykot yolunu tutacaqlarını qeyd etdilər.

qafqaz.ir FaktXeber.com-un verdiyi xebere gore. məsələ ilə əlaqədar Azərbaycan İslam Partiyası sədrinin birinci müavini Akif Heydərlidən münasibət öyrənib.

Politoloq AİP olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsini qanunauyğun hal kimi qiymətləndirdiklərini bildirdi:

“Konstitusiyanın 101-ci maddəsinin birinci bəndinə, o cümlədən seçki qanunvericiliyinin 179-cu maddəsinə uyğun olaraq növbədən kənar seçkilərin keçirilməsi təbii qarşılanır.”

Müsahib bildirdi ki, prezident seçkilərində iştirakının formatı partiyada mütəmadi olaraq müzakirə olunur: “Prezident seçkilərinin nə zaman keçirilməsindən asılı olmayaraq, AİP rayon komitələri və özək təşkilatları ilə mütəmadi olaraq hazırkı hakimiyyətin daxili və xarici siyasində baş verən dəyişiklikləri, Azərbaycan xalqının dövlət və dövlətçiliyinin gələcək taleyi ilə bağlı müzakirələr aparır, prezident seçkilərinə hazırlıq, seçkilərdə iştirakın formatları haqqında məsələlərə baxır, bir sıra çıxışlarla özünün proqramını və tutduğu mövqeyini müəyyənləşdirir.”

Akif Heydərli xatırlatdı ki, 2012-ci ildə, yəni ötən prezident seçkilərində Azərbaycan İslam Partiyası sədr Mövsüm Səmədovun namizədliyini irəli sürmüşdü və sənədləri MSK-ya təqdim etmişdi: “M.Səmədovun Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunmasına baxmayaraq, AİP ona qarşı irəli sürülən cinayət ittihamlarını qəbul etmir və bu həbsin qanunsuz olması barədə bütün məhkəmə instansiyalarına şikayətdə bulunub. Hazırda Avropa Məhkəməsində bu məsələ baxılmaqdadır, gündəmdədir və açıq olaraq qalır. Lakin MSK Mövsüm Səmədovun namizədliyi qəbul etmədi. Bunu nəzərə alaraq, prezident seçkilərində M.Səmədovun namizədliyini irəli sürməsini mümkünsüz bilirik, həmçinin İslam Partiyası olaraq başqa bir namizədin irəli sürülməsini məqsədəuyğun hesab etmirik.”

Bununla belə, A.Heydərli partiyanın seçkilərdə iştirak edib-etməməsini hələ tam qərarlaşdırmadığını vurğuladı: “AİP digər layiqli namizədi dəstəkləyəcəyinə, yaxud seçkini boykot edəcəyinə və ya seçkidə başqa formatda iştirak edəcəyi barədə qərarı yaxın günlərdə verəcək. Əlbəttə, digər partiyalardan fərqil olaraq prezident seçkilərinin növbədənkənar vaxta salınmasını başqa cür qiymətləndirmirəm. Hər hansı bir partiya 5 il müddətin seçkilərə hazırlıqla məşğul olmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button