Bu ilin yanvar ayı ərzində Bakıda 13 piyadanı avtomobil vuraraq öldürüb. Bu barədə FaktXəbər-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qəraragah rəisi, polis mayoru Talıb Qasımov məlumat verib.
T.Qasımovun sözlərinə görə, yanvar ayı ərzində piyadaların vurulması ilə nəticələnən 34 yol-nəqliyyat hadisəsi baş verib: “Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı 13 piyada ölüb, 21 piyada isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.