qafqaz.ir-in xəbərə asasina, İran bazar günü “Qədr” adlı yeni ballistik raketin təqdimatını keçirib.
2 min km uçuş mənzilinə sahib mayeyanacaqlı raket paytaxt Tehranda İslam İnqilabının 39-cu ildönümünə həsr edilmiş tədbirlər zamanı ictimaiyyətə təqdim edilib. Raket, müxtəlif hədəflərin vurulması üçün bölünəbilən başlıq hissəsi ilə də təchiz edilə bilər. Raket həm səyyar buraxıcı qurğudan, həm də buraxıcı şaxtadan buraxıla bilər. Raket, hərəkətini radarlardan gizlədən bilən sistemlə də təchiz edilib.
Tədbirlər zamanı həmçinin “Fəcr-5” yaxınmənzilli raketin yeni modifikasiyası və “Tufan 2-M” tankəleyhinə idarəedilən raket də təqdim edilib.
Bundan başqa, “Fateh” sinfindən olan sualtı qayığın modeli də nümayiş etdirilib. Həmin qayıq hazırda sonuncu sınaq mərhələsindədir və bundan sonra silahlanmaya götürüləcək.
Qeyd edək ki, ölkənin hər yerində keçirilmiş sözügedən tədbirlərdə milyonlarla insan iştirak edib.