ArxivXəbər lentiXəbərlər

Azərbaycanda boşanmaların sayı 11%-ə yaxın artıb

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb.

xezerxeber.az-ın Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla məlumatına görə Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb.

Məlumatda bildirilir ki, 2016-cı ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button