Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub
Qafqaz.ir-Bu haqda şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.
Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.
“Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib”, – deyə Xəqani Aslanovun oğlu bildirib.
Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.