Rusiya FTB Moskvada terror hazırlayan 4 İŞİD üzvünün fəaliyyətinin qarşısını alıb. FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə qurumun xüsusi xidmət orqanının mətbuat xidməti bəyanat yayıb.
«Sözügedən qrupp Novıy Urenqoy şəhərindən gəlmişdi və Moskva regionunda rezonans terror aktlarını həyata keçirməyi planlaşdırmışdı», – deyə relizdə bildirilib.
FTB Novıy Urenqoe şəhərində profilaktik xüsusi əməliyyat həyata keçirib. 20 nəfər saxlanılıb. Onlarda İŞİD-i təbliğ edən materiallar aşkar edilib.
Ötən il Rusiya hüquqmühafizəçiləri 25 terror aktı həyata keçirilməsinin qarşısını alıb.