ArxivXəbər lentiXəbərlər

İraqda üç azərbaycanlı qadın ömürlük həbs edilib

Qadınlar İŞİD üzvü olduqlarına görə cəzalandırılıblar

İraq Mərkəzi Cinayət Məhkəməsi mayın 3-də müxtəlif ölkələrin vətəndaşları olan səkkiz qadını ömürlük həbslə cəzalandırıb.

RİA Novosti agentliyinin xəbərinə əsasən, səbəb qadınların terror təşkilatı olan İŞİD-lə əməkdaşlıq etmələri olub.

Məhkəmənin yaydığı məlumata görə, qadınlardan üçü Türkiyə, üçü Azərbaycan, biri Özbəkistan və biri Suriya vətəndaşları olublar.
Hakim qeyd edib ki, qərar terrorizmlə mübarizə haqqında qanunun ikinci maddəsi əsasında çıxarılıb.

Aprelin sonunda İraq məhkəməsi Rusiya, Azərbaycan və Tacikistan vətəndaşları olan 19 qadını analoji cəzaya məhkum edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button