Hansı mesaj verilir və nə başa düşülür ?

Azərbaycan vətəndaşı olan və həbs olunan yüzlərlə dindarlar müdafiəsiz qaldı desək yanılmarıq, ancaq axır zamanlarda İsrail səfirliyinə qarşı hücmularda şübhəli bilinərək həbs olunanlar arasında İran İslam Respublikasının vətəndaşlarının da adlarına rast gəlmək olur.
Azərbaycan cəmiyyətinin gündəmində seçki mövzusu demək olar ki, çıxarılıb, hərdən bir hansısa yerli və beynəlxalq təşkilatlar bu məsələni işıqlandırır, diqqəti də cəlb edə bilir, ertəsi günə qalmadan elə həmin gün mövzu gündəmi tərk edir.
Təxminən seçki ilə eyni zamanlarda aktuallaşan Gömrük İttifaqı, Rusiyadakı miqrantlar mövzusu isə hələ də gündəmin əsas mövzularındadır və hələ də uzun müddət diqqət mərkəzində qalacağı şübhəsizdir. Ancaq son günlər mətbuat cəmiyyətin diqqətini daha bir məsələyə cəlb etməyə davam edir ki, bu da Azərbaycan İsrail münasibətləri və bu kontekstdə İran Azərbaycan münasibətlərinin təsirlənməsidir. Bu məsələ bir qədər geniş spektrdə baxsaq onu deməliyik ki, hicaba azadlıq tələb edən və ya bu hadisələrdən qabaq şərlənərək həbs olunan azərbaycanlı dindarlar hansı ittiham irəli sürülməsindən aslı olmayaraq rəsmi və ya qeyri rəsmi onlara bir İran casusu damğası da vurulurdu.
Əvəllər daha çox Azərbaycan İslam Partiyasının təmsilçilərinə və fəal nardaranlılara bu damğa vurulurdu. Hakimiyyət bunun üçün həmin dindarların çıxışlarını, İsrail səfirliyi qarşısında “Fələstinə azadlıq” şüarı ilə keçirilən etiraz aksiyalarında iştirakını əsas gətirirdi.
Hicaba azadlıq tələb edən dindarlar da eyni damğaları görürdü. Ədalət naminə onu da deyək ki, bu vaxta qədər həbs olunan dindarların demək olar hamısı üçün İsrail işğalçı, təcavüzkar, fələstinlilərin haqqını pozan rejim kimi qəbul olunur. Yəni əliyev rejimi dindarlara antisionist damğası vurmaqla əslində heç də yanılmır da. Di gəl ortaya çıxan ittihamlarda belə fikirlər səslənirdi ki, dindarlar İran casusudur və bir dəfə müsahibələrinin birin də AİP sədri Mövsüm Səmədov təxminən belə bir fikir səsləndirmişdi ki, “adımızın İranla yanaşı çəkilməsindən fəxr duyuruq”, bu fikirə da hakimiyyət həssaslıqla yanaşdı.
Sonrakı represiya dalğasında dindarlar İsrail səfirliyinə və əməkdaşlarına qarşı terror aktları təşkil etməyə cəhdləri ittihamları ilə də qarşılaşdılar və sözsüz ki, uzun müddətə həbslərə atıldılar.
Azərbaycan vətəndaşı olan və həbs olunan yüzlərlə dindarlar müdafiəsiz qaldı desək yanılmarıq, ancaq axır zamanlarda İsrail səfirliyinə qarşı hücmularda şübhəli bilinərək həbs olunanlar arasında İran İslam Respublikasının vətəndaşlarının da adlarına rast gəlmək olur.
Ötən günlərdə belə ittihamla həbsə atılan və orda işgəncələrə məruz qalan Həsən Fərəci haqqında bəhs etmişdik, sonra da Azərbaycan rəsmiləri işgəncə xəbərini təkzib etdi və deputat Çingiz Qənizadə həbsdə olan Fərəci ilə görüşüb şəkil çəkdirərək guya belə halların olmamasını məhbsun dilindən mətbuata yaymışdı. Əlbəttə bu cür şeyləri gülüşlə qarşılanacağını deputat da bilməlidir. Çünki həmin deputat və ya hər hansı rəsmi şəxs üçün Fərəci ilə görüşüb, şəkil çəkdirib sonra da bəyanat vermək ki, hər şey normalıdır kimi addımlar çətin deyil, bunlar sadə şeylərdir, sadə şeylərlə də İran tərəfini başdan edə biləcəyini düşünürlərsə yanılırlar.
Yayılan daha bir xəbərə görə, ötən gecə İsrail səfirliyi qarşısından keçən daha bir İran vətəndaşı həbs olunub. Həmin şəxsin adı açıqlanmasa da verilən məlumatlarda deyilir ki, əvvəl həbs olunan iranlılar kimi onun da üstündən İsrail səfirliyinin yerləşdiyi ərazinin xəritəsi, səfirliyin əməkdaşları haqqında məlumatlar olan kağızlar aşkarlanıb.
Qeyd etmək lazımdır ki, bu cür ittihamlarla həbs olunanlar 11 ildən 15 ilə qədər həbsə məhkum olunurlar. Bu ittihamlarla hələ daha bir müddət İran vətəndaşlarının həbsə atılacağını gözləmək olar, yəqin daha neçə nəfər iranlı İsrail səfirliyinə qarşı terrorda şübhəli bilinərək uzun müddətə zindanlarda qalmalı olacaq. Hakimiyyəin nəzərincə mövcud tendensiyanın nəylə nəticələnəcəyini təxmin etmək çətin də deyil, elə hesab edirlər ki, daha bir neçə nəfər İran vətəndaşlarını bu cür ittihamlarla həbsə atmaqla, nəinki iranlılar üçün İsrail səfirliyinin həndəvərinə getməyi qadağan edəcək, ola bilər iranlıların Azəraycana gəlişi də azalsın, bəlkə də sıfıra ensin. Məsələ onda deyil ki, bu adamlar terrorçudur, onlar hətta mələk də ola bilər, məsələ ondadır ki, bu adamları cəmiyyətə terrorçu kimi təqdim etmək siyasəti mövcuddur. İlham Əliyev hakimiyyəti üçün bu cür siyasət bir neçə səbəbə görə lazımdır.
Birincisi, özünü İsrail və qərbin nəzdnində “yaxşı oğlan” imicini qoruyub saxlamaq üçün.
İkinci, bu addımlarla Azərbaycanın İslam terrorunun hədəfində olduğu ancaq onunla uğurlu mübarizə apara bildiyi mesajını verir.
Üçüncüsü isə bununla İlham Əliyev İrana mesaj vermiş olur ki, İranla Azərbaycan arasında viza məsələsi qalxmadan terror təhlükəsi varsa, viza qalxdıqdan sonra təhlükə daha da böyüyəcək və fəsadlar artacaq. Bu səbəbdən də Azərbaycanın İranla viza məsələsi həlli mümkünsüzdür. Ancaq İsraildən Azərbaycana heç bir terror təhlükəsi gəlmədiyi üçün İsraillə Azərbaycan arasnda viza rejiminin sadələşdirilməsi məqsədəuyğundur. Yəni, İlham Əliyev hakimiyyəti İsraillə vizanın sadələşdirilməsində Azərbaycanı yox, bir növ elə İranın özü özünü günahlandırmasını anlatmağa çalışır. Görək İran tərəfinin reaksiyası nə olacaq?