ArxivXəbər lentiXəbərlər

Haşimi əfsəncaninin xatirələrindən Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına göstərdiyi köməklər

Qarabağ müharibəsi zamanı İran Azərbaycan Respublikasına gözə çarpacaq miqdarda humanitar, siyasi və hərbi yardımlar göstərmişdir. O cümlədən, sərhəd kənarı düşərgədə təxminən yüz min azərbaycanlı qaçqına kömək göstərməyə boyun olmasın, BMT-də diplomatik və beynalxalq cəhətdən Azərbaycan tərəfini dəstəkləməsini və hətta hərbi və hərbi məsləhətçilik sahəsində də göstərdiyi köməkləri xatırlatmaq olar.

Qafqaz.ir- Bondan əvvəl də bu portalda vaxtilə İranın Azərbaycandakı hərbi məsləhətçisi olmuş Mənsur Həqiqətpurun və İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədbağır Əfşordinin də sözügedən məsələ ilə bağlı söylədikləri əks etdirilmişdir. İndi də bu mövzu ilə bağlı həmin illərdə İran İslam Respublikasının Prezidenti olmuş Haşimi Rəfsəncaninin xatirələrindən bir hissəsini təqdim edirik:

Telefonda Əliəkbər Vilayətiyə dedim ki, əfqanlı mücahidlərin Azərbaycan Respublikasına keçməsi üçün tədbir görə bilərlər. Əgər silh- sursat vermək və Azərbaycan Respublikası ərazisindəki Xudafərin bəndinin saytını ermənilərdən qorumaq istəyərlərsə, bunu edə bilərlər. Məhəmməd Füruzəndə məlumat verdi ki, Azərbaycan Respublikasına 30 milyon dollar dəyərində silah- sursat satışına dair işlər yerinə yetirilmişdir ( Haşimi Rəfsəncani, 2016: 283).

Haşimi Rəfsancani başqa bir yerdə isə yazməşdı: Mahmud Vaizi icazə aldı kiŞ mənimlə telefonda danışmaq istəyən Ermənistan Prezidenti ilə danışmağa razılıq versinlər. Ona söylədim ki, bir şərtlə ki, telefon dalından ermənilərin Azərbaycan Respublikasına qarşı hücumunun yumuşalacağını qəbul edəərsə. ABŞ-ın Svecrə vasitəsi ilə İran qüvələrinin Azərbaycan sərhəddində cəmləşməsi ilə əlaqədar olaraq göndərdiyi mesajı oxuydu ki, hərbi müdaxilə etməməyimizi istəmişdirlər, dedim ki, cavab versinlər. ( haman: 293).

Haşimi Rəfsəncani həmçinin Qarabağ müharibəsində İranın Bakıya göstərdiyi kəməyi barədə də yazır: Axşam üstü Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini daşıyan Heydər Əliyevlə söhbətləşdik. Bizim göstərdiyimiz köməkdən dolayı təşəkkür edərək, bildirdi ki oktiyabr ayının 3-ündə seçki keçirəcəklər” (haman: 309)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button