25-ci Xəzər Neft və Qaz sərgisi 38 ölkədən o cümlədən İrandan gəlmiş 312 şirkətin iştirakı ilə Bakıda işə başlayıb.
İRİB-nin verdiyi məlumata görə, bu sərgidə İranı təmsil edən yeganə dövlət qrumu Universitet Cihadıdır. Azərbaycan prezidenti İlham Əliyev bu gün bu beynəlxalq sərgidə olarkən sərginin İran bölməsinə də baxış keçirib.