Sionist rejimin Azərbaycan Respublikasında mövqeini təbliğ etməkdə məşhur olan ATV televiziya kanalı bu ölkədə İran mədəniyyət günlərinin keçirilməsi ilə eyni zamanda heç bir əsası olmayan və anti-İran “300 spartalı” filmini yayımlayıb.
Sionist rejimin Azərbaycan Respublikasında mövqeini təbliğ etməkdə məşhur olan ATV televiziya kanalı bu ölkədə İran mədəniyyət günlərinin keçirilməsi ilə eyni zamanda heç bir əsası olmayan və anti-İran xarakterli “300 spartalı” adlı filmi yayımlayıb. Bu film 2010-cu ildə də ATV vasitəsilə ekrana çıxmışdı.
ATV kanalının müxtəlif vaxtlarda keçmişini və işlərini araşdırdıqda məlum olur ki, bu kanal daim İran və Azərbaycanın mədəni münasibətlərini korlamağa səy etmişdir.
Əsassız “300 spartalı” filmi İran və Yunanıstan tarixini təhrif etdiyinə görə, İran və Yunanıstandan əlavə, UNESCO və digər təşkilatların, habelə dünya tarixçilərinin mənfi reaksiyası ilə üzləşmişdir.
ATV televiziya kanalı sionist rejimin mövqeini təbliğ etməkdən əlavə, əxlaqsız verliş və filmlər yayımladığı üçün həm xalq, həm də bu ölkənin dövlət orqanları tərəfindən tənqid olunub. Belə ki, ictimai narazılıqlarla yanaşı Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası da öz illik hesabatında ATV kanalını Azərbaycan Respublikasının ən pozğun və əxlaqsız telekanalı elan etmişdi. Bu hesabata görə, ATV kanalının yayımladığı verilişlərin 32%-i Azərbaycan Respublikası xalqının milli və mənəvi dəyərləri ilə açıq-aşkar ziddir.