18 İyulda Almaniyanın müxtəlif şəhərlərindən toplanmış 51 azərbaycanlı qaçqını xüsusi çarter reysi ilə Bakıya deportasiya ediblər. Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə xaricdə yaşayan azərbaycanlılar məlumat verib.
“Azad söz” səhifəsi isə deportasiya olunanların əksəriyyətini Binə hava limanında Dövlət Təhlükəsizilik Xidmətinin (DTX), Daxili İşlər Nazirliyinin (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının qarşıladığını yazıb.
Bu şəxslərin 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Readmissiya Sazişinin müddəalarına uyğun olaraq deport olunduğu bildirilir.
4 il Almaniyanın Bocholt şəhərində yaşayan azərbaycanlı mühacir Sinan Bayramovun ayaqlarına və əllərinə qandal vuraraq Almaniyadan deportasiya edilib. Onu hava limanında onu “Bandotdel” əməkdaşları qarşılayıb və saxlayıblar.