ArxivXəbər lentiXəbərlər

Azərbaycanın daxili işlər naziri İranda səfərdədir

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov sentyabrın 24-də İrana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nazir Ramil Usubov İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığına və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib.

Ramil Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşləri nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button