Aktual

Bakıda etirazçılar yolu bağladılar

Pirəküşkül qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşmış məcburi köçkünlər qəsəbənin qarşısından keçən Bakı-Şamaxı magistral yolunu bağlayıb.
Bu barədə Müsavat Partiyasının Məclis üzvü İkram İsrafil “Yeni Müsavat”a məlumat verib. Təsadüfən yoldan keçən və rayonlara gedən İ.İsrafil yolun bağlanması səbəbindən bir müddət bu ərazidə dayanmalı olub. Bu zaman isə aksiya iştirakçıları ilə həmsöhbət olmaq imkanı qazanıb. Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya iştirakçıları deyiblər ki, onlar Müşfiq qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən yaşayış massivinə köçürülmələrini tələb edirlər. Əraziyə gələn polis əməkdaşları nəqliyyatın hərəkətini bərpa etsələr də, aksiya iştirakçıları tələblərində israrlı olduqlarını deyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button