ArxivXəbər lentiXəbərlər
Azərbaycan və İran arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb

Sentyabrın 26-da müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini, ordu generalı Reza Mozaffarinianın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Reza Mozaffarinia “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb və tədbirə dəvətə görə təşəkkürünü bildirib.