ArxivIslamXəbər lentiXəbərlər

“Həyatınızla bağlı baş verənlərə Allahın təqdir pəncərəsindən baxın” – Əxlaq dərsi

AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərinin VIII hissəsini oxucularımıza təqdim etmişdik

Xatırladaq ki, hazırda 12 illik həbs cəzasına məhkum edilən AİP lideri Mövsüm Səmədov ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda ruhani alim və böyük əxlaq ustadıdır. O, həbs olunduğu müddətə qədər tələbələri ilə birgə mütəmadi şəkildə əxlaq dərsləri təşkil edərdi. Doktor Səmədov həmin dərslərdə ali ilahi maarifin həqiqətlərini insanlara çox gözəl formada izah edərdi. Dərslər hətta o qədər ilahi nur və feyzlə əhatə olunurdu ki, dərs iştirakçıları dərsin saatlarla davam etməsini istəyirdi.

İslaminSesi hazırda Qobustan Qapalı Təcridxanasında saxlanılan böyük əxlaq ustadı Mövsüm Səmədovun dərslərindən 8-ci hissəni oxucularına təqdim edir.

Bəndə gərək özünü miskin bilsin. Təvazökarlığından gərək qarşısında  daş ərisin. Eyni zamanda bizlər gərək həmişə əhli ümüd olaq .

Bütün işlərın müqəddəratı, xeyri və şəri Allahdandır. (istər maddi ,istər mənəvi)

Hər hansı bir işlə bağlı çox çalışmağına baxmayaraq əgər alınmırsa, gərək ki, o işin dalınca çox getməyəsən. Allah xəstəliyi, ruzini, salamatçılığı və. s şeyləri insanların məsləhitinə uyğun eləyir. Bütün hərəkətlərdə və zamanda hesab və hikmət var. Necə olur yağışın hesabı var, hər dənəni mələk gətirir, amma bizim əməlimizin hesabı olmasın.

Dünyada 100% şər yoxdur. Hər bir pisliyin və naqisliyin axırında yaxşılıq var. Hər hansı pis bir hadisənin qədrinin bilməyəndə insana faydası olmaz. Bütün hər bir şey Allahdandır. Baş verənlərə Allahın təqdir pəncərisindən baxmaq lazımdır. Hər bir hadisə ilə Allah biznən danışır. Bütün işlər bu cürdür və hər bir işdə Allahın hikməti vardır. Yəni möminin itirdiyi şey hikmətdir. Mömin hikmət axtarışındadır.

Cümə axşamı günahların bağışlandığı gecədir. Cümə günləri insana mükafat verilir. İnsan gərək hər cümədən-cüməyə bunları hiss eləsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button