ArxivXəbər lentiXəbərlər

Deputat sərt tənqid etdi: “Normal adam olsaydı, normal işləyərdi”

Deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.
İclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edilib.
“Vaxtında biz bu Palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar bizim əleyhimizə çıxış etdilər. Ancaq biz haqlı idik. Bu Palata iki ildir ki fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahim müəllimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına şərab buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? -deyə Vahid Əhmədov bildirib.
Deputat söyləyib ki, yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilirlər.
“Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi,  çaxır buraxır. Üstünə adını yazdırır. 65 min manat maaşı da özün alır (Rüfət Aslanlını nəzərdə tutur-red).  Bu harda görülüb ki? Normal adam olsaydı, normal işləyərdi”.
Qeyd edək ki, ötən il “Grand Vin de Bordeux” şirkətinin Rüfət Aslanlının şərəfinə şərab istehsal etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi  ki, Maison şərab şüşəsinin etiketində “Maison d’Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button