ArxivIslamXəbər lentiXəbərlər
Ərbəin zəvvarlarının daşınması üçün İran İraqa 500 avtobus göndərir

Ərbəin zəvvarlarının İraq ərazisində daşınması üçün İran bu ölkəyə 500 ədəd avtobus ezam edəcək.
Maide.Az “ABNA”-a istinadla xəbər verir ki, bunu Tehranın Avtobusların İdarəetmə Şirkətinin baş direktoru Peyman Sənəndəci deyib.
O qeyd edib ki, Tehran, Kərəc və Məşhəd bələdiyyəsinin əməkdaşlığı ilə cari ildə Ərbəin zəvvarlarına İraq ərazisində Mehrandan – Nəcəfə avtobuslarımız xidmət göstərəck. “Mehran- Nəcəf istiqamətində İran şirkətlərindən birinin yük maşınları da zəvvarların daşınmasına cəlb olunub”.
P. Sənəndəcinin sözlərinə görə, zəvvarlara xidmət göstərən avtobuslar güzəştli qiymətlərlə çalışacaq.
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi – Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.