Bakıda yeni tikilmiş hündür mərtəbəli binada yanğın baş verib. hadisə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş davam edir.