ArxivXəbər lentiXəbərlər

Fırldaqçı zəvvarbaşı saxlanıldı

Salyanda vətəndaşları ziyarətə aparmaq adı ilə pullarını mənimsəyən Şirvan sakini saxlanılıb
Salyan polisi vətəndaşları Kərbəla və Məşhədə ziyarətə aparacağı vədi ilə dələduzluq edərək pullarını mənimsəmiş şəxsi saxlayıb.

Dələduzluq faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ziyarətə getmək arzusunda olan şəxsləri aldadan şəxsin 32 yaşlı Şirvan şəhər sakini Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşdirilib.

Belə ki, A.Zeynalov Salyan rayonunun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyevi aldadaraq onu və həyat yoldaşını ziyarətə aparacağı vədi ilə 640 manatlarını, bundan başqa onun tanışları olan rayon sakinləri Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanı da Kərbəla və Məşhədə aparacağı vədi ilə aldadaraq hər biri üçün ödənilmiş 320 manatı mənimsəyərək vədinə əməl etməyib.

Törətdiyi əmələ görə Amil Zeynalov həmin şəxsləri aparmadan ziyarətdən qayıdarkən saxlanılıb və törətdiyi əməli etraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır. (virtualaz.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button