Gürcüstanın bir çox şəhər, rayon və kəndlərində mövlud tədbirləri keçirilir – FOTOLAR

Bu gün Mövlud bayramı münasibəti ilə növbəti tədbir Marneuli rayonunda olub.
Bu ayın 19-dan başlayaraq bir həftə müddətində (“Vəhdət həftəsi”) dünyanın bir çox ölkələrində olduğu kimi Gürcüstanın bir neçə bölgələrində Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) təvəllüdləri münasibəti ilə bayram tədbirləri keçirilir.
İslamazeri.com xəbər verir ki, yerli müsəlmanların iştirakı ilə keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi, din xadimləri, yerli idarəetmə orqanlarının rəhbərləri, elm və ictimaiyyət xadimləri iştirak edirlər.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirlərdə Aləmlərə rəhmət olan Peyğəmbərimizin (ə) həyatından, ibrətli kəlamlarından, insanlığa örnək davranış tərzi və əxlaqi xüsusisiyyətlərindən danışılır. Şeir və ilahilərlə bayram süfrəsi ətrafında keçirilən tədbirlər dua oxumaqla yekunlaşır.
Qeyd edək ki, tədbirlərdə Gürcüstan Müsəlmanları İdarəsinin son beş il ərzindəki fəaliyyətləri haqqında da iştirakçılara məlumatlar verilir.
Bu gün Mövlud bayramı münasibəti ilə növbəti tədbir Marneuli (Borçalı, Sarvan)) rayonunda olub.