ArxivXəbər lentiXəbərlər
“Razılıq əldə olundu ki,…” – Elmar Məmmədyarov erməni həmkarı ilə görüşündən DANIŞDI

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün dekabrın 5-də axşam Milanda baş tutmuş növbəti görüşü üç saatdan çox davam edib.
Demokrat.Az xəbər verir ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu formatda görüşləri davam etdirmək barədə anlaşıblar. Lakin Rusiya XİN-in əvvəlcə anons etdiyinin əksinə olaraq nazirlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış etməyiblər.
Görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında görüşün “mühüm və faydalı olduğunu” deyib.
“Razılıq əldə olundu ki, danışıqları bu formatda yaxın gələcəkdə davam etdirək, çox böyük ehtimalla gələn ay”-Azərbaycan XİN rəhbəri bildirib.