ArxivXəbər lentiXəbərlər
Bakıda yanğın – İcra başçısı hadisə yerində

Bu gün səhər saatlarında Bakıda yaşayış binasında yanğın olub.
Modern.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə səhər saat 11 radələrində Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 14 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasında baş verib.
Binanın 3-cü mərtəbəsində yaşayan 1956-cı il təvəllüdlü Hacıbəyova Rəna Osman qızına məxsus umumi sahəsi 170 kv. m. olan 4 otaqlı mənzildə qısa qapanma nəticəsində ev əşyaları, televizor və s. yanıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, müavinləri və digər qurumların məsul şəxsləri hadisə yerində olublar.