ArxivIslamTarixXəbər lentiXəbərlər
Azərbaycanın İrandakı səfiri: İranlıların Qarabağ döyüşləri zamanı verdiyi dəstəyi heç vaxt unutmarıq – Foto

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov Tehranda Xocalı soyqırımı ilə bağlı keçirilən fotosərgini ziyarət edib. Bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov Tehranda Xocalı soyqırımı ilə bağlı keçirilən fotosərgini təqdirəlayiq hal hesab edib.
Jurnalistin, “Dağlıq Qarabağın geri qaytarılmasında İslam dünyasının qüdrəti və bacarığı nə dərəcədə təsirlidir?” – sualına Bünyad Hüseynov belə cavab verib: “Dağlıq Qarabağ təkcə Azərbaycan hökumətinin problemi deyil, həm də İslam dünyasının problemidir. Mən Qarabağdakı vəziyyətlə əlaqədar İranın ali dini lideri Ayətullah Xameneinin fikirlərini və mövqeyini oxumuşam və onun təlimatları ilə tam şəkildə tanışam. Ayətullah Xameneinin fikirləri və sözləri Azərbaycan xalqı arasında xüsusi yer tutur. Xüsusən də onun Qarabağda dünyasını dəyişənləri şəhid adlandırması Azərbaycan xalqı üçün çox dəyərlidir”.
Eastnews.org-un verdiyi xəbərə görə, səfir həmçinin, “Biz heç vaxt iranlı bacı-qardaşların Qarabağ döyüşləri zamanında verdiyi dəstək və yardımları unutmarıq. Bu gün Azərbaycanın hərbi gücü Qafqazda birincidir. Bu məsələdə də iranlı qardaşların mənəvi və ixtisaslar baxımından dəstəklərinin şahidi olmuşuq”, – deyə söyləyib.
Səfir, həmçinin qeyd edib ki, İranda uzun illərdir “Qüds günü” aksiyalar keçirilir: “İran xalqının Fələstin işğalı ilə bağlı narazılığının şahidiyəm. Azərbaycan hökuməti də Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi dəstəkləyir”.




