Toy karvanında traktor aşdı
Azərbaycanda qeyri-adi toy karvanında qəza baş verib.
Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.
Toy karvanı traktorlardan ibarət olub və gəlini gətirmək üçün hərəkətdə olan zaman traktorlardan biri aşıb.
Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub. Qəza zamanı ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.