ArxivXəbər lentiXəbərlər

Rusiya Müdafiə Nazirliyi S-400-ə görə Türkiyənin mövqeyini `mükəmməl` adlandırıb

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin RT-yə verdiyi müsahibəsində Türkiyənin ABŞ-ın təzyiqi fonunda S-400-ün çatdırılması ilə bağlı Rusiyayla razılaşmasına dair mövqeyini şərh edib.
 “Türk tərəfdaşlarımızın çox aktiv mövqeyinə heyran qalıram. Onlar Amerika Birləşmiş Ştatlarının ən güclü təzyiqlərinə baxmayaraq, böyük  ruh, qeyri-adekvatlıq göstərdilər”, – deyə Fomin bildirib.
Fomin qeyd edib ki, Rusiya Türkiyənin bu mövqeyini çox yüksək dəyərləndirir.
Onun sözlərinə görə, Türkiyə Rusiyadan S-400 sistemini almaqdan imtina etməməklə düzgün mövqe sərgilədi.
Xatırladaq ki, 3 aprel tarixində ABŞ Türkiyəni NATO təhlükəsizliyi ilə S-400 razılaşması arasında seçim etməyə çağırmışdı.
Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlüd Çavavuşoğlu, ABŞ-ın F-35-i tədarük etməkdən imtina etməsi halında, döyüş təyyarələrini digər ölkələrdən almaqla təhdid edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button