Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin (ZRK) Türkiyəyə tədarükünə başlanılıb. "Report" RT-yə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi ZRK-ların ilk hissələrinin iyulun 12-də Ankaraya çatdırıldığını açıqlayıb. Nazirliyin məlumatına görə, ZRK Ankaradakı Mürted aviabazasına daşınır.