Islam

Dəstəmazın təsirləri və nəticələri

1. Nuraniyyət yaranması:
Məsumlardan nəql olunmuş bir sıra hədislərdən aydın olur ki, dəstəmaz, qüsl və təyəmmüm sayəsində əldə olunmuş paklıq insanın vücuduna bir növ nuraniyyət, səfa verir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən qiyamət günü öz ümmətimi onlardakı dəstəmaz nişanəsindən tanıyaram.”
Həzrət Peyğəmbərdən nəql olunmuş digər bir hədisdə buyurulur: “Mənim ümmətim dəstəmazın təsirindən qiyamət günü məhşər səhnəsinə üzü ağ gələrlər.”
Bu səbəbdən də dini rəhbərlər buyururlar ki, dəstəmazlı insanın da yenidən dəstəmaz alması müstəhəbdir.
İmam Sadiq (ə) buyurur: “Bir şəxs təharətli (dəstəmazlı olduğu halda onu təzələyərsə on savab qazanar.”
Digər bir rəvayətdə buyurulur: “Dəstəmazlı ikən yenidən dəstəmaz almaq nur üzərinə nur gətirmək kimidir.”

2. Allahın sevimlisi olmaq:
Qurani-kərimdə buyurulur ki, Allah tövbəkarları sevir, pak-pakizə dostları da dost tutur.
Yunus 18

3. Ömrün uzunluğu və şəhid mükafatının əldə olunması:
İslam peyğəmbəri (s) Ənəsə buyurur: “Ey Ənəs! Daim təharətli ol ki, Allah sənin ömrünü uzatsın. Əgər gün uzunu təharətli qala bilirsənsə, belə et. Həqiqətən, əgər təharətli halda ölsən, dünyadan şəhid kimi gedərsən.”

4. Ruzinin artımı:
Bir şəxs İslam peyğəmbərinə (s) ruzisinin azlığından şikayətləndi. Həzrət (s) buyurdu: “Daim təharətli ol ki, ruzin davamlı olsun, artsın.” Həmin şəxs Peyğəmbərin (s) göstərişinə əməl edib ruzi çətinliyindən qurtuldu.

5. Günahların yuyulması:
Bəzi rəvayətlərdən məlum olur ki, hətta dəstəmazlı halda dəstəmaz almaq insanın kəbirə günahları istisna olmaqla digər günahlarını yuyur. Allah-taala həmin şəxs tövbə etməmiş Allah onun tövbəsini təzələyir.”

6. Abidlərin savabına çatmaq:
Həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxs təharətli halda yatarsa, yatağı onun üçün məscid məqamında olar.”

7. İstəklərin həyata keçməsi:
İmam Sadiq (ə) buyurur: “Bir şəxs dəstəmazı olmadığı halda Allahdan bir şey istəsə və duası qəbul olmasa, özünü danlasın.”
Namazın düzgünlüyü və qəbulunda dəstəmazın böyük rolu var. Bu səbəbdən də rəvayətlərdə qeyd edilir ki, dəstəmazsız namaz qəbul deyil. Amma bu o demək deyil ki, dəstəmaz yalnız namaz üçündür. Çox-çox bəyənilmişdir ki, insan bütün hallarda dəstəmazlı olsun. İnsanın yatarkən, məscidə daxil olarkən, Quran oxuyarkən dəstəmazlı olmasının əhəmiyyətli təsiri var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button